Cəlilabadda yanan transformator yenisi ilə əvəz olunub, kəndə işığın verilişi bərpa edilib - YENİLƏNİB

Cəlilabad rayonunun Ləkin kəndində yanğın olan transformator aidiyyəti qurumlar tərəfindən yenisi ilə əvəz olunub.

“Report”un Muğan bürosuna bu barədə kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq kəndin bir hissəsinə işığın da verilişi təmin olunub.

Qeyd edək ki, transformator tamamilə yanaraq, yarasız hala düşmüşdü.

Nəticədə kəndin bir hissəsi işıqsız qalmışdı.

14:24

Cəlilabad rayonunun Ləkin kəndində transformatorda yanğın olub.

“Report”un Muğan bürosunun məlumatına görə, transformator tamamilə yanıb.

Kənd sakinlərinin sözlərinə görə, nəticədə kəndin bir hissəsi işıqsız qalıb.

Bu gün aidiyyəti qurumlar tərəfindən yeni transformatorun quraşdırılacağı gözlənilir.

0.052454948425293