Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı

Binəqədidə baş verən həlak olanlardan birinin kimliyi müəyyənləşib.

Bakunews.media xəbər verir ki, mebel sexində baş vermiş hadisə nəticəsində Zaur Qulu oğlu Cəfərov dünyasını dəyişib.

Bundan başqa, onun qardaşı Şahin Cəfərov və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb.

Mərhum sabah Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin tapılaraq aidiyyəti üzrə təhvil verilib.

0.096388101577759