Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI + FOTO

Hazırda Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Heydər Əliyev prospekti əsas və  kənar yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, mərkəz istiqamətində;  

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;  

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

0.051021814346313