Balakəndə ahıl qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Balakəndə 71 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, 1953-cü il təvəllüdlü Laləzar Nadir qızı Qarayeva yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.