Ötən il Azərbaycan əhalisi kafe və restoranlarda nə qədər vəsait xərcləyib?
2023-cü ildə ictimai iaşə dövriyyəsi 2022-ci illə müqayisədə real ifadədə 15,2% artaraq 2041,5 milyon manat təşkil edib.
Bakunews.media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6%-i hüquqi şəxslərin, 49,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.