Hikmət Hacıyev Türkiyə XİN başçısının müavini ilə görüşüb - FOTO
Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb.
Bakan Yardımcımız Büyükelçi Burak Akçapar, Azerbaycan Cumhurbaşkanının Dışişlerinden Sorumlu Yardımcısı Hikmet Hacıyev ile görüşmüştür.
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) January 19, 2024
Görüşmede, Türkiye ve Azerbaycan’ın gündemindeki bölgesel konular hakkında kapsamlı istişarelerde bulunulmuştur. pic.twitter.com/peADaLBQSI