İngiltərə Premyer Liqası: "Liverpul" - "Sauthempton" oyununda 5 qol vuruldu

İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 12-ci turunun "Sauthempton" və "Liverpul" komandalarının qarşılaşdığı matç başa çatıb.

Bakunews.media xəbər verir ki, oyun Sauthemptondakı "Sent Meri" stadionunda baş tutub. "Liverpul" səfərdə qalib gələ bilib - 2:3.

30-cu dəqiqədə "Liverpul"un yarımmüdafiəçisi Dominik Szoboslai hesabı açıb. "Sauthempton"un cavab qolunu 42-ci dəqiqədə hücumçu Adam Armstronq vurub. 56-cı dəqiqədə yarımmüdafiəçi Mateuş Fernandeş meydan sahiblərini hesabda irəli çıxarıb. 65-ci dəqiqədə hücumçu Məhəmməd Salah hesabı bərabərləşdirib. Salah, həmçinin 83-cü dəqiqədə də 11 metrlik zərbədən qol vuraraq, oyunda son nöqtəni qoyub.

Keçirilən 12 matçdan sonra "Liverpul" 31 xalla Premyer Liqa turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" (23) 8 xal geridədir. "Sauthempton" eyni sayda oyundan sonra 4 xalla 20-ci yerdədir.

0.15094804763794