Dövlət qurumlarının əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər - YENİLƏNİR

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və qurumun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

Bakunews.media-ın məlumatına görə, onlar şəhidlərin xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.

10:27

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

Bakunews.media xəbər verir ki, ziyarətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, qoşun komandanları və digər şəxslər iştirak ediblər.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

İlhamə Əbülfət

0.047317981719971