"Qəbul ediləcəklər yalnız kağız parçası üzərində qalacaq"

Bütün ərazisində suverenliyini tam bərpa edən Azərbaycana qarşı xaricdən təzyiqlər davam etməkdədir. Bu dəfə Avropa Şurası Parlament Assambleyası tərəfindən. Qurum Azərbaycanın səsinin dondurulması təşəbbüsü ilə çıxış edib ki, bu da ona çox utanc gətirib.

Bunu "Xalq Cəbhəsi"nə Prezidentliyə namizəd Fuad Əliyev deyib.

O, qeyd edib ki, bu qərarın insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bu, öz suverünliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir: "Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-ya üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib".

Fuad Əliyev onu da qeyd edib ki, artıq Qarabağ problemi həll olunub. Hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur:

"Azərbaycan gücləndikcə Qərbdən təzyiqlər artacaq, buna hazır olmalıyıq. Düzdür, qəbul ediləcəklər yalnız kağız parçası üzərində qalacaq, rəsmi Bakıya heç bir təsiri olmayacaq. Çünki,Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir".

0.39635396003723