Sabiq kral nikahdankənar doğulan qızını qəbul edib - VİDEO

Belçikanın sabiq kralı nikahdankənar doğulan qızını qəbul edib.

Bu barədə “Rossiya-24” xəbər verib.

Bildirilir ki, II Albert genetik ekspertizanın nəticələri ilə razılaşıb. DNT analizi göstərib ki, o, Delfina Boelin bioloji atasıdır.

Bu qadın uzun illərdir ki, kral ailəsi ilə qohumluğunu sübut etməyə çalışıb, hətta bu barədə kitab yazıb.

Albert yeddi il əvvəl taxtdan imtina edib. Həmin vaxt Konstitusiya Məhkəməsi Boeilin atalıq müəyyən edilməsi hüququna sahib olması barədə qərar vermişdi. Buna qədər bütün cəhdlər onun üçün uğursuzluqla nəticələnmişdi.

0.31932711601257