Fuad Əliyev: Həmin media resursları kifayət qədər təbliğatla məşğuldurlar

Gələn ay baş tutacaq növbədənkənar prezident seçkilərinin mühüm mərhələsi, təbliğat-təşviqat dövrüdür. Bütün namizədlər demək olar ki, seçicilərlə intensiv görüşlər keçirərək öz platformalarını onlara çatdırmağa çalışırlar. Ancaq müşahidə edilən tendensiyalardan biri də namizədlərin təbliğat zamanı digər ölkələrindən təcrübəsindən istifadə etməməsidir. Məsələn, qardaş Türkiyədə seçki zamanı namizədlər təbliğat avtobuslarından istifadə edir, KİV-lərdə özlərinin geniş reklamını təşkil edirlər. Bəs Azərbaycanda prezidentliyə namizədlər nə üçün bu vasitələrdən istifadə etmirlər? Bu suala aydınlıq gətirmək üçün Newscenter.az olaraq prezidentliyə namizəd Fuad Əliyevə müraciət etdik.

Prezdentliyə namizəd Fuad Əliyev deyib ki, dövlətin namizədlərə ayırdığı pulsuz efir vaxtı ilə yanaşı, onun özünün təsis etdiyi 4 media subyektində də təbliğat işlərini davam etdirir:

“Ona görə də bizə bu kifayət edir. Çünki həmin media resursları kifayət qədər təbliğatla məşğuldurlar. O ki qaldı, təbliğat avtobuslarından istifadəyə, hesab edirəm ki, təbliğatımızı dövlətin ayırdığı media resurslarında düzgün istiqamətdə qurduqdan sonra təbliğat avtobuslarına ehtiyac qalmır. Ona görə də biz daha çox dövlətin təbliğat məqsədilə bizə yaratmış olduğu imkanlardan istifadə edirik”.

Fuad Əliyev deyib ki, əsas fəaliyyəti regionlarda seçicilərlə görüşə yönəldiblər və bu istiqamətdə uğurlu iş aparırlar.

0.080918073654175