Yol nişanının dayağı ilə yük maşınına hücum çəkdi - VİDEO

Polşanın Stşeltse-Kraenske şəhərində kişi yol nişanının dayağı ilə Rusiya vətəndaşının idarə etdiyi yük maşınına hücum edib.

Vesti.ru məlumat verir ki, adı mətbuata açıqlanmayan şəxs uca səslə “Bu, mənim şəhərimdir”, “Burada əsas adam mənəm”, - deyərək yük maşınına zərər vurub.

Polislər əraziyə gələnə qədər yük maşının kabinəsi yararsız hala düşüb. Hadisəni törədən şəxs saxlanılaraq psixoloji dispanserə yerləşdirilib.

0.31912112236023