Bakıda naməlum şəxslər sürücünü döyərək avtomobilini alıblar
Bakıda naməlum şəxslər sürücüyə qarşı quldurluq ediblər.
“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
A.Şərifzadə küçəsində iki nəfər 1969-cu il təvəllüdlü sürücü Xaqani Səfərova yaxınlaşaraq onu döyüblər və “Chevrolet” markalı avtomobilini əlindən alıblar.
Faktla bağlı araşdırma aparılır.