ABŞ-dan Yaxın Şərq üçün ATƏT təklifi

ABŞ tərəfindən təqdim edilən “əsrin anlaşması” həmçinin Yaxın Şərqdə ATƏT-in analoqu olan bir qurumun yaradılmasını nəzərdə tutur.

“RİA Novosti” xəbər verir ki, sənəddə Fələstinin, Misirin, İordaniyanın və İsrailin Yaxın Şərqdə təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilat yaratmalı olduqları qeyd edilir.

Sənədin müəlliflərinin fikrincə, təşkilatın mandatına münaqişələrin xəbərdar edilməsi, onların qarşısı alınması və krizis idarəetmə daxil edilməlidir.

0.34584498405457