Elektron siqaret partladı: 17 yaşlı gəncin ağzı dağıldı

Bütün dünyada həkimlər elektron siqaretlərin ziyanından danışsalarda, bir çoxları buna məhəl qoymur.

“Faktı” xəbər verir ki, elektron siqaret istifadəçisi ilə bağlı növbəti bədbəxt hadisə Rusiyanın Saratov vilayətində baş verib.

Elektron siqaret 17 yaşlı gəncin ağzında partlayıb.

Nəticədə, ağzı dağılan gənc, bir çox dişlərindən də məhrum olub.

Atkarsk şəhərində baş verən bu hadisənin qurbanı ağır vəziyyətdə yerli xəstəxananın cərrahiyə bölməsini yerləşdirilib.

0.30610513687134