TDT-nin müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə seçkini izləyəcəklər

Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) fevralın 7-nə təyin edilmiş prezident seçkisini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb.

Secki-2024.az xəbər verir ki, TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömuralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlətlərin Mərkəzi Seçki komissiyalarının (MSK) nümayəndələri və TDT ölkələrinin mütəxəssisləri daxildir. Nümayəndə heyətinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və MSK-da görüşləri nəzərdə tutulub.

TDT-nin müşahidəçiləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə də seçkiləri izləyəcəklər. TDT-nin nümayəndə heyətinin fevralın 8-dək Azərbaycanda səfərdə olacağı nəzərdə tutulur.

0.08431601524353