“Mançester Yunayted”in azarkeşləri klubun vitse-prezidentinin evini yandırmağa çalışıblar - VİDEO
Ötən gecə İngiltərənin şimal-qərbində yerləşən Çeşir qraflığnda “Mançester Yunayted” klubunun vitse-prezidenti və icraçı direktoru Eda Vudvordun evinə hücum edilib.
“Sky Sports” nəşri məlumat verir ki, “Mançester Yunayted” klubunun bir qrup azarkeşi vitse-prezidentin yaşadığı evə tərəf fayer (yandırıcı maddə), tüstü buraxan fumiqant və boya ataraq, “Vudvord ölməlidir!” şüarlarını səsləndiriblər.
Polis baş verən hadisə ilə bağlı araşdırma aparır. Klub rəsmiləri hücum faktını təsdiqləyiblər.