Regionlarda İlham Əliyevə dəstək yürüşləri keçirilir - YENİLƏNİR + FOTO/VİDEO

Şimal-qərb bölgəsinə daxil olan rayonlarda seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilib.

“Report”un məlumatına görə, avtoyürüşdə Oğuz, Şəki, Zaqatala və Qax rayonlarının küçə və prospektlərində yüzlərlə avtomobil iştirak edir.

Rayonların ərazisində sürücülər dövlət bayraqları ilə dövrə vururlar. Hazırda avtoyürüşlər davam edir.

21:54

Xaçmazda yürüş keçirilib.

Növbədənkənar Prezident seçkisi ilə əlaqədar “exit-poll” nəticələri açıqlandıqdan sonra Xaçmaz şəhərində yürüş keçirilir.

Xaçmaz şəhər sakinləri də hər üç “exit-poll” nəticəsinə görə böyük fərqlə seçicilərin səsini qazandığı elan edilən İlham Əliyevin qələbəsini böyük çoşqu ilə bayram ediblər.

0.058830976486206