Şahidlər məntəqə sədrinin qəfil ölümündən danışdılar - YENİLƏNİB + VİDEO
Növbədənkənar prezident seçkisi zamanı məntəqə sədri dünyasını dəyişib.
Hadisə 54 saylı Mingəçevir seçki dairəsinin 33 saylı seçki məntəqəsində baş verib. Sözügedən məntəqənin sədri 63 yaşlı Kəmalə Əsgərovanın səhhəti qəfil pisləşib.
Məntəqə üzvünün sözlərinə görə, mərhum seçki prosesi zamanı özünü narahat hiss etsə də, işini yarıda qoymayıb:
“Özümüz məcbur etdik ki, təcili yardım çağırılsın. Halı dəyişdi, rəngi göyərdi, boğulmalar oldu. Sonra da təcili yardım gəlib apardı”.
Qeyd edək ki, mərhum Kəmalə Əsgərova iki övlad anası olub.
17:54
Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nizami küçəsi, 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı “Aynur” körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Məmməd qızı Əsgərovanın vəziyyəti qəfil pisləşib. O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, orada vəfat edib.
İlkin məlumata görə, 63 yaşlı sədr ürək çatışmazlığından vəfat edib.
Yaxınları bildiriblər ki, K.Əsgərova bir neçə gün əvvəl səhhəti ilə bağlı həkimə müraciət edibmiş.