Qalmaqallı model Kobe Brayantın şərəfinə yarıçılpaq aksiya keçirdi - VİDEO

Model Kinsi Volanskinin aksiyası ilə Avstriyanın Şladminq şəhərində keçirilən dağ-xizək idmanı üzrə Dünya Kubokunun mərhələsi yarımçıq qalıb. 

Belə ki, yarıçılpaq model faciəvi şəkildə həlak olmuş məşhur basketbolçu Kobe Brayantın şərəfinə əlində plakatla meydana çıxıb.

Video “Eurosport” telekanalının “Twitter” hesabında dərc olunub.

Sosial şəbəkə istifadəçiləri modelin aksiyasını sərt şəkildə tənqid ediblər. Bir çoxları modelin diqqəti öz üzərinə cəmləmək məqsədilə Brayantın ölümündən istifadə etdiyini deyib.

Qeyd edək ki, K.Brayant aviaqəzada həlak olub.

Xatırladaq ki, K.Volanski bundan əvvəl Madriddə Çempionlar Liqasının final mərhələsində meydana çimərlik geyimində çıxmışdı. Polyak əsilli model həmin vaxt 15 min avro - meydana daxil olduğu üçün UEFA tərəfindən beş min avro, rusiyalı sevgilisi Vitali Zdorovetskinin “Youtube”dakı pornoqrafiyadan bəhs edən səhifəsini qanunsuz reklam etdiyinə görə isə İspaniya polisi tərəfindən 10 min avro cərimələnmişdi.

0.37060904502869