İskəndər Matraimov: “Seçkidə iştirak edən nümayəndələr üçün real imkanlar yaradıldı”
Qırğızıstan parlamentinin heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
Bakunews.media-ın məlumatına görə, heyətin rəhbəri İskəndər Matraimov bildirib ki, Qırğızıstan parlamentinin, həm də MDB Beynəlxalq Assambleyasının müşahidəçisi kimi seçkidə iştirak edib:
“Seçkidə iştirak edən nümayəndələr üçün real imkanlar yaradıldı. Müşahidələrimizə əsasən deyə bilərəm ki, bütün namizədlərin hüquq və azadlıqları nəzərə alınmışdı. Bu seçkinin digərlərindən fərqi odur ki, bütün Azərbaycan ərazisində keçirildi”.
O qeyd edib ki, tənha yaşayan və seçki məntəqəsinə gedə bilməyənlər üçün könüllülər tərəfindən səyyar xidmətlər də göstərilib.
İlhamə Əbülfət