Bakıda mənzildən 35 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 35 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.41050314903259