David Lordkipanidze: "Düşünürəm ki, Bakıdakı COP29 indiyə kimi keçirilənlərin ən yaxşısıdır"

"Düşünürəm ki, Bakıdakı COP29 indiyə kimi keçirilənlərin ən yaxşısıdır".

Bakunews.media xəbər verir ki, bu sözləri Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) on birinci günündə Yaşıl Zonada təşkil olunan "Ponto-Xəzər bio-mədəni irsinin gücü" adlı sərgidə Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze deyib.

"Təşkilatçılıq yüksək səviyyədədir. Hər şey dəqiq hesablanıb. Bu mənim çox xoşuma gəlir. Yaşıl zonada gəzişdikcə, hər yerdə Azərbaycanın mədəniyyəti duyulur. Bu, çox yaxşıdır", - deyə Lordkipanidze bildirib.

Muzeyin direktoru təqdim olunan sərgi barədə qeyd edib ki, burada əsas ideya Qara dəniz və Xəzər dənizi arasında olan regionda həm təbiət tarixini, həm də bəşəriyyət tarixini göstərməkdir:

"Bu region bəşəriyyət tarixi üçün önəmli bir məkandır. Çalışdıq ki, bu ərazidə tapılan ən unikal eksponatları təqdim edək. Keçmişdə olan iqlimi, həmçinin iqlim dəyişikliklərini proqnozlaşdırmaq üçün iqlim tarixinin araşdırılmasının necə vacib olduğunu göstərmək istəyirik. Biz bilirik ki, indi baş verən iqlim dəyişikliklərinin keçmişdə də analoqu olub. Ona görə də, tarixi iqlim dəyişiklikləri dərindən araşdırılmalıdır".

Xanım Aydın

0.076154947280884