Mingəçevir sakini odlu silahla öldürülüb: Saxlanılan var
Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Məlumata görə, saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.
Araşdırma aparılır.