İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Küveyt Əmiri Prezident İlham Əliyevə cansağlığı, Azərbaycana və onun dost xalqına sürətli inkişaf və çiçəklənmə arzulayıb.

Digər bir xəbərə görə, Küveyt Dövlətinin Baş naziri Əlahəzrət Şeyx Məhəmməd Sabah əl-Salim əl-Sabah da dövlətimizin başçısını seçkidə qələbəsi münasibətilə təbrik edib.

11:40

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkidə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb, ona uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.

11:23

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə səmimi təbriklərini ifadə edərək uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.

0.048415899276733