Suraxanı rayonunda yol kənarında dayanan qadın polis bölməsinə aparıldı - VİDEO

Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olaraq, Suraxanı RPİ 31-ci polis bölməsinə gətirilib.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumatda deyilir. 

Bakı şəhər BPİ və Suraxanı RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qadının hərkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən olunub. 43 yaşlı şəxslə profilaktiki söhbətlər aparılıb, əməlinin hüquqa zidd olması ona izah olunmaqla, barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət

0.33070302009583