Sürücünün diqqətsizliyi qəzaya səbəb oldu – VİDEO

Gecə radələrində paytaxtın Nərimanov rayonunda Yol nəqliyyat hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Qəza zamanı “VAZ 2103” markalı avtomobil ilə “Niva” markalı minik maşını toqquşub.

İlkin ehtimala görə “VAZ2103” avtomobilinin sürücüsü sağdan ötmə əməliyyatını yerinə yetirərkən eyni istiqamətdə hərəkətdə olan “Nivaya” dəyib.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmasa da avtomaşınlara ciddi ziyan dəyib.

Qəza yerinə dərhal Nərimanov rayon Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.

Vüqar Ağayev

Taptıq Afət oğlu

 

0.78470087051392