Sumqayıtda ağır qəza: xəsarət alan var – VİDEO

Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan digər "Mercedes" markalı avtomobilə, daha sonra isə 7 saylı marşrut avtobusuna çırpılıb.

Qəza nəticəsində "Mercedes Vito" markalı avtomobilin sürücüsü, 50 yaşlı Natiq Məmmədov ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

0.3059720993042