A Seriyası: “Milan” ikinci yerə yüksəlmək şansını əldən verdi - VİDEO
İtaliya A Seriyasının 22-ci turunda “Monza” “Milan”la üz-üzə gəlib. Komandalar Milanda “Comunale Brianteo” stadionunda qarşılaşıblar. Görüşün baş hakimi kimi Andrea Kolombo çıxış edib.
İlk hissədən sonra meydan sahibləri iki top fərqi ilə önə keçiblər. Əvvəlcə 45-ci dəqiqədə “Monza”nın yarımmüdafiəçisi Matteo Pessina, 6 dəqiqə sonra isə meydan sahiblərinin hücumçusu Dani Mota fərqlənib.
53-cü dəqiqədə “Milan”ın hücumçusu Luka Yoviç meydandan qovulub. 13 dəqiqədən sonra əvəzedici oyunçu Olivye Jiru qol fərqini azaldıb.
Əsl dram matçın sonunda yaşanıb. “Milan” ikinci hissədə əsas vaxtın bitməsinə iki dəqiqə qalmış Kristian Pulişiçin səyi ilə hesabı bərabərləşdirməyi bacarıb. Lakin 90-cı dəqiqədə yarımmüdafiəçi Uorren Bondonun dəqiq zərbəsi meydan sahiblərini yenə irəli çıxarıb. 90+5-ci dəqiqədə isə Lorenzo Kolombo matçda son nöqtəni qoyub - 4:2.
25 oyundan sonra “Milan” 52 xal toplayıb və üçüncü pillədə qərarlaşıb. “Monza” eyni sayda oyundan sonra 33 xalla 11-ci yerdədir.