Xaçmazda 32 yaşlı kişi intihar edib

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Qıraqlı kənd sakini, 1992-ci il təvəllüdlü Rəsul Məlik oğlu Bağırlı özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

1.312980890274