Bakıya uçan təyyarədə 67 yaşlı kişi öldü

Kiyev-Bakı reysini həyata keçirən təyyarədə ölüm hadisəsi baş verib. 

Bakunews.media xəbər verir ki, bununla bağlı “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb. 

Bildirilib ki, “Buta Airways” şirkətinə məxsus təyyarədə ölən sərnişin 1953-cü il təvəllüdlü şəxsdir. 

Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdıqdan sonra onun meyiti aidiyyəti qurumlara təhvil verilib.

1.0577440261841