Abşeronda zəncirvari qəza baş verib - FOTO

Abşeronda zəncirvari qəza qeydə alınıb.

APA xəbər verir ki, hadisə Saray qəsəbəsi Mikayıl Müşfiq küçəsində baş verib.

VAZ-2109 və iki “Toyota” markalı avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Fakt araşdırılır.

0.052856922149658