Vilayət Eyvazovdan daha bir yüksək vəzifəyə TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

Bakunews.media-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Sadin Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinə rəis təyinatı olub.

Qeyd edək ki, bu vəzifəni Kamran Əliyev yerinə yetirirdi. Bir müddət əvvəl nazirin əmri ilə o, bu vəzifədən azad olunaraq, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə gətirilib.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev isə Kadrlar İdarəsinə rəis təyin edilib.

Xatırladaq ki, S.Əsgərovun təyinatı ilə bağlı ilk xəbəri Unikal.org saytı yazıb.

İlhamə Əbülfət

0.93981194496155