Gülay Zeynallı Kamil Zeynallının həbsindən DANIŞDI - VİDEO
“Mən istəmirəm bizim qızımız atasız yaşasın”.
Bu sözləri MTV-nin efirində yayımlanan verilişlərin birində dünən Rusiyada saxlanılan Kamil Zeynallının həyat yoldaşı, müğənni Gülay Zeynallı deyib.
O, hadisəni gecə saatlarında elə Kamilin özündən öyrəndiyini deyib.
“Gecə saat 3 idi, Kamil zəng etdi və hadisəni dedi. Sahilə artıq böyük qızdır, mən ona hər şeyi izah etmişəm. Gecədən yatmayıb. Mən dövlətimizdən, prezidentimizdən Kamilə kömək etməklərini xahiş edirəm”, - deyə müğənni qeyd edib.
Qeyd edək ki, Kamil Zeynallı 2010-cu ildə müğənni Gülay Zeynallı ilə ailə həyatı qurub. Onların bu münasibətdən bir qızı var.
Xatırladaq ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.