Maştağada 1 saylı internatda iki yeniyetmə təhsildən uzaqlaşdırılıb? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB + VİDEO

1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin iki şagirdinin təhsildən kənarlaşdırılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılıb.

Bu barədə Bakunews.media-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı iki şagirdin təhsildən uzaqlaşdırılması ilə bağlı məsələ toplanmış sənədlərlə təkzib edilib. Məlum olub ki, hər iki şagird hazırda həmin məktəbin şagird kontingenti siyahısındadır:

“Sözügedən şagirdlərin dərslərdə mütəmadi qaydada iştirak etməsinə nəzarətlə bağlı direktora müvafiq tapşırıqlar verilib”.

17:32

Maştağada 1 saylı internat tipli tam orta məktəbdə iki yeniyetmənin səbəbsiz yerə təhsildən uzaqlaşdırıldığı iddia olunur.

Bununla bağlı Bakunews.media-a şikayət məktubu daxil olub. Təhsildən uzaqlaşdırılan yeniyetmələrin valideyni iddia edir ki, məktəbdə uşaqlara yemək az verilir, uşağa deyiblər ki, “sən gələcəyin narkomanısan”, işçilər valideynlərdən borc pul tələb edirlər.

Valideyn qeyd edir ki, məktəbdə tərbiyəçi işləyən Nəsib adlı şəxs onun övladını döyüb və yüngül xəsarət yetirib. Bundan əlavə, tərbiyəçi uşağı təhdid edib və bu haqda heç kimə danışmamağı tapşırıb.

Valideyn qeyd edib ki, direktor İsmayıl Əliyevlə söhbəti zamanı uşaqların təhsildən uzaqlaşdırılmasına etiraz edərkən direktorun cavabı: “Get, hara istəyirsən, şikayət et”, - olub.

Hazırda hər iki uşaq - S.A. (15 yaş) və M.A. (14 yaş) 2023-cü ilin noyabr ayından məktəbə getmir.

Həmin görüntüləri təqdim edirik:

@oxuaz

⚠️???? Maştağada 1 saylı internat tipli tam orta məktəbdə uşağa şiddət.

♬ orijinal ses - Oxu.az News

Bakı Şəhər Baş Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır və yekunları barədə məlumat veriləcək.

Əzizə İsmayılova

0.19600105285645