Qazaxda 2 intihar hadisəsi olub
Qazax şəhərində intihar hadisəsi qeydə alınıb.
“Report”un məlumatına görə, şəhərin Xətai küçəsində 17 yaşlı Ü.P-yev yarımtikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələ məlum deyil.
Qazax şəhərində daha bir intihar hadisəsi qeydə alınıb.
Şəhərin Əliağa Şıxlinski küçəsində 1983-cü il təvəllüdlü B.Osmanov intihar edib. İntiharın səbəbləri hələ məlum deyil.
Hər iki faktla bağlı araşdırma aparılır.