Məşhur türkiyəli aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO

Məşhur türkiyəli aktrisa Birce Akalay yeni sevgilisi ilə görüntülənib.

Uzun müddətdir tək olan məşhur aktrisa həmkarı Hakan Kurtaşla münasibətə başlayıb.

39 yaşlı Birce Akalay və 35 yaşlı Hakan Kurtaşın bir müddətdir ictimaiyyətdən uzaqda eşq yaşadıqları bildirilir.

Münasibətlərini mətbuatdan uzaq tutmağa üstünlük verən cütlük Beyoğlundakı kinoteatrlardan birində əl-ələ tutaraq “Zavallılar” filmini izləyib. Birce Akalay və Hakan Kurtaşdan hələlik yayılan xəbərlərlə bağlı açıqlama gəlməyib.

Qeyd edək ki, Birce Akalay “Ağlama anne”, “Asi”, “Böyle bitmesin”, “Hayat bazen tatlıdır”, “Kış masalı”, “Küçük ağa”, “Siyah beyaz aşk”, “Yer gök aşk”, “Evli ve öfkeli” və s. kimi seriallarda rol alıb.

Hakan Kurtaş isə “Ezel”, “A.Ş.K.”, “Analar və anneler”, “Süddülbahir 32 Saat”, “8. Gün”, “Çarpışma”, “Kadın”, “Mucize doctor”, “Kimler geldi, kimler geçti” kimi layihələrdə və bir çox tamaşalarda oynayıb.

Mənbə: Haber Global

0.36520600318909