Hindistanda toyda faciə: Altı nəfərdən ibarət ailə yanaraq öldü - FOTO

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər.

Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqların yerləşdiyi çadırı yandırıb.

Qısa bir zamanda alov qaz balonunun partlamasına səbəb olub, bu isə yanğını daha da gücləndirib. Üstəlik, alov tez bir zamanda evlərdən birinin yanında yerləşən dizel yanacağı anbarına çatıb. Yanğınsöndürənlərin səyinə baxmayaraq, 6 nəfəri xilas etmək mümkün olmayıb. Onların hamısı eyni ailənin üzvləri olub.

Ölkə hakimiyyəti hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradıb.

Mənbə: News9Live

0.32279205322266