Gülmirzə Cavadov seçicilərini görüşə çağırır - VİDEO

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Gülmirzə Cavadov deputat seçiəcəyi təqdirdə, Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan, Pirallahı qəsəbələri, Neft Daşları və Çilov adasındakı mövcud problemlərin həllini qarşısına məqsəd qoyub.

Seçkiqabağı siyasi platformasına vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, qəsəbələrdəki əhalinin elektrik enerjisi, su və qazla etibarlı təminatı, magistral və qəsəbədaxili yolların abadlaşdırılması, küçələrin işıqlandırılması məsələlərinin həlli daxildir.

O qəsəbələrdə, küçələrdə, həyətlərdə, binaların önündə, gənclərin idman məşqlərində, ehsan süfrəsində vətəndaşlarla söhbət edir, onların suallarını cavablandırır, əhalini narahat edən əsas məqamları elə onların dilindən eşidir.

Gülmirzə Cavadov deputatı olacağı qəsəbələrdə sahibkarlarla daim təmasda olacaq, onların problemlərinin aidiyyəti dövlət orqanları qarşısında qaldırılmasına və həllinə nail olacaq, bununla da yerlərdə sahibkarlığın inkişafına və əlavə iş yerlərinin açılmasına dəstək olacaq.

Deputatlığa namizəd, xüsusən uşaq və yeniyetmələrə vaxtaşırı profilaktik tibbi nəzarətin, habelə əhalinin keyfiyyətli və vaxtında dispanserizasiyasını vacib hesab edir.

Gülmirzə Cavadov daimi olaraq seçicilərin problemlərini öyrənəcək və qanunlar çərçivəsində həllinə var gücü ilə çalışacağını bildirir. O, bunu ailə bağları ilə əlaqədar özünə buraxılan mənəvi miras və ictimai öhdəlik hesab edir.

Gülmirzə Cavadov namizəd olaraq onu daha yaxından tanımaq istəyən, millət vəkili seçiləcəyi təqdirdə etmək istədiyi dəyişikliklər haqqında məlumat almaq istəyən hər kəsi görüşə səsləyir.

0.34892702102661