Bakıda 67 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Asalıyeva Amalya Nəcməddin qızını vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.

0.079025983810425