Zabratda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü İzzət Əli oğlu Aşırov və 1982-ci il təvəllüdlü Babək Eldar oğlu Mərdanov xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.

0.056665897369385