Oğuzda yaşlı qadına xəsarət yetirildi

Oğuzda yaşlı qadına xəsarət yetirilib.

Hadisə rayonun Hallavar kəndində gecə saatlarında qeydə alınıb. Belə ki, naməlum şəxs yaşlı qadına hücum edib. 

Bizim.Media-nın məlumatına görə, 67 yaşlı Hallavar kənd sakini Fəridə Məmmədova ötən gecə Bakı şəhərindən evinə qayıdarkən həyətinə daxil olan zaman naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Naməlum şəxs qadının bədəninin müxtəlif hissələrinə yumruq və təpiklə xəsarətlər yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yaşlı qadın hücuma məruz qalması faktı ilə bağlı ərazi polis orqanına müraciət edib. Fəridə Məmmədova üçün müvafiq ekspertiza təyin olunub. 

Hazırda qadına hücum çəkən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir.  Əlavə məlumat veriləcək. 

0.09175705909729