Nazir: “Xocalı məktəbində son tamamlanma işləri aparılır” - VİDEO
“İşğaldan azad olunmuş Xocalıda inşa olunan məktəbdə son tamamlanma işləri aparılır”.
Bakunews.media-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, məktəb yeni tədris ilində fəaliyyətə başlayacaq:
“Təxminən 130-150 şagird təhsil ala bilər. Yerli əhalinin sayına uyğun yer olacaq”.
Nazirin qeyd edib ki, işğaldan azad olunan ərazilərdə müxtəlif vəziyyətdə olan məktəb binaları var:
“Xankəndidəki məktəblərdə müəyyən inventarlaşma işləri aparılır. Əhali oraya köçən zaman həmin məktəblərdə tədris bərpa olacaq“.
E.Əmrullayev qeyd edib ki, Kəlbəcər, Zəngilan və digər işğaldan azad olunan ərazilərdəki məktəblərimizdə təmir-tikinti işləri davam edir.
İlhamə Əbülfət