Biləsuvarda qəza: Xəsarət alanlar var - YENİLƏNİB

Fevralın 26-sı saat 07:26 radələrində Bakı-Astara magistralının Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan dörd nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 1965-ci il, 1979-cu il və 1986-cı il təvəllüdlü (kişi cinsli) üç nəfərə bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib:

Onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar .

“1971-ci il təvəllüdlü (kişi cinsli) şəxsə onurğanın 12-ci fəqərəsinin sınığı diaqnozu təyin edilib. Xəsarət alan şəxsə ixtisaslı tibbi yardımın göstərilməsi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib”, - deyə məlumatda qeyd edilib.

20:24

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Vəkilağa Əhmədağa oğlu Əbişov “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Nəticədə sürücü və dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.10250687599182