Səhər yeməyi artıq çəkidən qoruyur

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir.

Axşam.az xəbər verir ki, səhər yeməyi orqanizmi “işə salır”, ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda bir fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemirlər.

Səhər yeməyinin beş faydasını təqdim edirik:

Səhər yeməyi əhval-ruhiyyəni yaxşılaşdırır.

İnsan ac olduqda onun qanında şəkərin səviyyəsi düşür. Bu da insanın əhval-ruhiyyəsinə mənfi təsir edir - insan əsəbi olur, hər şeyə daha kəskin reaksiya verir, qıcıqlanır. Bu isə, təbii ki, insanın işinə təsir edir.

Səhər yeməyi gün ərzində aclığı tənzimləyir.

Amerikalı mütəxəssislər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir. Mütəxəssislərin fikirlərinə görə, yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı ən yaxşı doydurur və gün ərzində qəbul edilən kaloriləri azaldır. Yumurtanı qızardılmış şəkildə deyil, bişmiş şəkildə yemək daha faydalıdır.

Səhər yeməyi diqqəti və yaddaşı yaxşılaşdırır.

Səhər yeməyi insana informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir.

Səhər yeməyi artıq çəkidən qoruyur.

Aclıq zamanı insan orqanizmində müdafiə reaksiyası işə salınır - orqanizm daha çox kalori qəbul etməyə çalışır ki, onları ehtiyat üçün saxlasın.

Beləliklə, əgər siz səhər yeməyindən imtina edirsinizsə, nahar zamanı lazım olandan daha çox yeyəcəksiniz və bu da bədən çəkinizə mənfi təsir edəcək.

Səhər yeməyi insanın mədə-bağırsaq sistemini xəstəliklərdən qoruyur.

Düzgün səhər yeməyi insanı bir çox mədə-bağırsaq sistemi xəstəliklərindən qoruya bilər.

İlk növbədə bu qastrit və qəbizliyə aiddir. Səhər 1 stəkan təmiz su, 30 dəqiqə sonra isə sıyıq (xüsusilə yulaf yarması sıyığı) yeyən insan qəbizlikdən azad ola bilər.

0.074138879776001