Rey Kərimoğlu xəstəxanadan evə buraxıldı
Fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist və Qarabağ qazisi həmin xəstəxanadan çıxıb.
Bakunews.media xəbər verir ki, bununla bağlı Rey Kərimoğlu məlumat verib.
“Ayın 22-dən etibarən Xətai Tibb Mərkəzində müalicə alıram. Vəziyyətim ağır idi. Həkimlərin səyi nəticəsində təzyiqi normala qaytarmaq mümkün olub. İndi o xəstəxanadan çıxdım. Çox güman ki yaxın günlərdə ya xəstəxanaların, ya da bərpa mərkəzlərinin birində müalicəmi davam etdirəcəm. Hələlik ev şəraitində müalicə alıram”, - deyə Rey Kərimoğlu bildirib.
Qeyd edək ki, onun vəziyyəti hələ də ağır stabil qiymətləndirilir.