Şirvanda dəm qazı faciəsi: Ər öldü, arvadı reanimasiyadadır

Şirvanda dəm qazından zəhərlənmə hadisəsi baş verib.  

APA xəbər verir ki, hadisə şəhərin M.Mirzəyev 23 ünvanında yerləşən fərdi yaşayış evində olub. 

Şirvan sakinləri olan ər və arvad – 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Süleymanova Zeynəb Akif qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.  

Asim Süleymanov reanimasiyaya daxil olana qədər yolda keçindiyi qeyd edilib.  

Faktla bağlı araşdırma aparılır. 

0.31888008117676