AMEA prezidenti: “Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir”
“Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir”.
APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın ümumi yığıncağında deyib.
O bildirib ki, dünyada doktorantura təhsil sisteminin bir hissəsidir. Onun da proqramı, kreditləri var:
“Yüksəkkeyfiyyətli kadr hazırlığı üçün biz doktorantura beynəlxalq şəbəkəsinə qoşulmalıyıq. Bu olmasa, elmimiz ölkə hüdudlarında qalacaq”.