Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı qəzada həlak olublar - FOTO

Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol-nəqliyyat hadisəsində həlak olublar.

“Report”un məlumatına görə, əslən İmişli rayonunun Xələfli kəndindən olan 1990-ci il təvəllüdlü Feyzulla Hacı oğlu Hacıyev və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Nəcibə Murad qızı Muradova Rusiyanın Ulyanov əyalətinin Dmitrovqrad rayonunda qəzaya düşüblər.

Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarə etdiyi “Lada Largus” markalı avtomobilin idarəetmədən çıxması olub. Belə ki, qarşı zolağa çıxan “Lada Largus” qarşıdan gələn “Mercedes-Benz” markalı yük avtomobili ilə toqquşub.

Onların nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir.

0.045918941497803