Bakı metrosunun “Xocəsən-Avtovağzal” istiqamətində hərəkət tam bərpa olunub - YENİLƏNİB + VİDEO
Bakı metrosunun “Xocəsən-Avtovağzal” istiqamətində hərəkət tam bərpa olunub.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, saat 18:00-da texniki cəhətdən nasaz olan qatar xətdən çıxarılıb, “Xocəsən” stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.
16:34
“Xocəsən” stansiyasından “Avtovağzal” stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən sərnişinlərin “Xocəsən” elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb:
“Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər “Xocəsən” stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb.
“Xocəsən” stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər”.